"Avroviziya 2025"in Azərbaycandan olan şərhçiləri məlum oldular
- 05.05.2025 10:56
- 95 baxış
"Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri ifaçı, musiqi prodüseri, musiqiçi və pedaqoq Elnarə Xəlilova, həmçinin, televiziya və radio aparıcısı Ağa Nadirov olacaqlar.
Edalettv.Az xəbər verir ki, 69-cu "Avroviziya" mahnı müsabiqəsi 13, 15 və 17 may tarixlərində saat 23:00-dan etibarən İctimai Televiziyada birbaşa yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan müsabiqənin ilk yarımfinalında 10 nömrə altında çıxış edəcək.

