Azərbaycan Müstəqilliyi Dönməzdir

Azərbaycan adət-ənənəsi 100 illərlə,özünü qorumuş və bu günümüzə gəlib çıxmışdır.

Xalqımız neçə-neçə əziyyətlərlə,zülümlərlə qarşılaşsada öz mənəvi dəyərlərini,dini mənsubiyyətlərini,adət-ənənələrini unutmamışdır. 1813-cü il 12 oktyabr tarixində Azərbaycan xalqı böyük sarsıntı yaşadı.

Nəhəng ərazisi olan,Azərbaycan iki hissəyə bölündü. Cənub və Şimal. Xanlıqlara bölünmüş,

Azərbaycan torpaqlarına yağılar göz tikdi. Rusiya İmperiyası və Qaçar dövləti Azərbaycan torpaqlarına hücum etdi.

Qarabağın Gülüstan kəndində Müqavilə bağlandı:


Gülüstan müqaviləsi:


Bu müqavilə Gürcüstan, Dağıstan və bu günki Azərbaycan Respublikasının əksər hissəsələrini və hal-hazırda Ermənistan torpaqlarının Rusiya İmperiyasına keçməsini rəsmiləşdirdi .

Ondan sonra 1827 ci il 10 fevral Təbriz yaxınlığında, Türkmənçay müqaviləsi imzalanmışdır.

Bu müqaviləyə əsasən Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran ,İrəvan, Naxçıvan və Talış xanlığının özlərində qalmış hissəsində Rus İmperiyasının ərazisi qəbul edilirdi.

İki sərhəd kimi Araz çayı sərhəd qəbul edilirdi.

Rusiya İmperiyasına keçən torpaqlar hal-hazırki, Ermənistan Respublikasının ərazisini , Azərbaycan Respublikasının ərazisini

Naxçıvan Muxtar Respublikasının ərazisini,Azərbaycan Respublikasının cənub bölgəsinin bir hissəsini və indi Türkiyə ölkəsinin əhatə etdiyi İğdır bölgəsinin bir hissəsini əhatə edirdi.

Rusiyanın tərkibində qalmış Azərbaycan xalqı öz adət-ənənələrini unutmuşkən,1918-ci il may ayının 28-in də Azərbaycan milli şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir.


1918-ci il may ayının 28-i Məmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Reyasət Heyyətinin sədri seçilir.

Azərbaycan xalqının dirçəlişində böyük əməyi olan bu şəxsiyyəti Azərbaycan xalqı heç vaxtı unutmayacaq.


Onun "Bir kərə yüksələn bayraq,bir daha enməz ifadəsi " Qızıl hərflərlə tarixə yazıldı.


Bu günümüzə əzab-əziyyətlərlə gəlmiş Azərbaycan xalqı hərbir zülmlərə dözmüş,bu günümüzə gəlmişdir.

1990-cı il 20 yanvar azərbaycanlılar üçün ən ağır zərbə oldu.

Neçə-neçə körpə uşaqlar,yaşlılar ,cavanlar şəhid oldu. Bu hadisə xalqımızın yaddaşına "QAN YADDAŞI" Olaraq yazıldı.

Erməni daşnaklarının bizə vurduğu zərbələr sayılaraq bitməz....

Azərbaycanın böyük ərazisi olan,Qarabağı Muxtar Respublikasını Ermənistan işğal etdi. 3 Oktyabr 1993-cü il Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə,Azərbaycan Respublikasını dirçəldi. 10 illik hakimiyyəti dövründə xalqın yaddaşında silinməz iz qoydu. Heydər Əliyev öz siyasəti ilə neçə-neçə liderləri geridə qoydu . Onun insanların qəlbini fəth etdiyi silinməz addımları yaddaşlarda qeyd edildi Azərbaycan xalqı bu gündə Heydər Əliyevin Azərbaycana etdiyi yaxşılıqları unutmaz. 2003-cü ildə Heydər Əliyevin davamçısı olan İlham Əliyev Hakimiyyətə gəldi. Xoş qədəmi ilə tarixlərdə silinməz iz qoydu. Azərbaycanın Qan Yaddaşı olan Ermənistanın 3 il ərzində əldə etdiyi Azərbaycan torpaqlarını Cənab Ali baş komandan, İlham Əliyev Qarabağı 44 gün ərzində geri qaytardı.


Seymur Məmmədov Sumqayıt şəhər icra Hakimiyyətinin tableyindəki Bulvar MMC-nin baş Direktoru

Digər Xəbərlər