Azərbaycanın XİN başçısı: “Bu ilin sonunadək Ermənistanla sülh müqaviləsi imzalana bilər”
- 23.06.2023 14:55
- 108 baxış
“Bu ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunması mümkündür”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Reuters”ə müsahibəsində deyib.
O bildirib ki, Bakı və İrəvan arasında sülh sazişinin imzalanması ilin sonundan tez də mümkündür.
Nazirin sözlərinə görə, Ermənistan bunun üçün bəzi əməli addımlar atmalıdır:
“Ermənistanın nəinki bəyanat vermək, hətta bəzi əməli addımlar atmaq iradəsinə sahibdirsə, bu, mümkündür”.