Bakıda avtobus parkı üçün 1,2 milyon manata elektrikdoldurma stansiyaları quraşdırılacaq

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində inşasına başlanılmış Albalılıq avtobus parkı üçün elektrikdoldurma stansiyaları quraşdırılacaq.

Edalettv.Az Trend.az-a istinadla xəbər verir ki, "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, "BakuBus" sözügedən işlərin icrasını "Electrify Azerbaijan" MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 1.2 milyon manat ödənilib.

İşlərin həvalə olunduğu şirkət 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Tariyel Nazim oğlu Rüstəmovdur.

Digər Xəbərlər