Büdcədən Qarabağın bərpası üçün nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb
- 01.08.2023 14:20
- 123 baxış
Bu il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərə ümumilikdə 5,3 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
“Bütövlükdə yaradılmış 4,4 milyard manat məbləğində maliyyə resurslarının 2 260,0 milyon manatının işğaldan azad olunmuş Qarabağ və Şərgi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaitinin 5 260,0 milyon manata çatdırılması nəzərdə tutulub”, - deyə nazirlikdən bildirilib.