Dəyərli Azərbaycan xanımı Ehtibar Hüseynova

Ehtibar Hüseynova – Azərbaycan Bayrağı Ordenli şəhidin ömür-gün yoldaşı, vətənpərvərliyin və fədakarlığın nümunəsi

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon filialının rəhbəri.

Ehtibar Hüseynova dövlətinə, xalqına və Vətəninə sədaqəti ilə seçilən nüfuzlu ictimai xadimlərdən biridir. O, uzun illərdir şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının yanında olaraq onların problemlərinin həlli istiqamətində yorulmadan fəaliyyət göstərir.

1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Bərdə rayonu üzrə səlahiyyətli nümayəndəsi seçilən Ehtibar xanım dövlətçilik ideyalarının təbliği və inkişafı sahəsində mühüm xidmətlər göstərmişdir. Ulu Öndərin siyasi irsinə daim sadiq qalan Ehtibar xanım bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətini dəstəkləyir.

Onun fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. Ehtibar Hüseynova Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə 2011-ci ildə "Tərəqqi" medalı, 2023-cü ildə isə Heydər Əliyevin 100 illik yubiley medalı ilə təltif olunmuşdur.

Ehtibar xanımın həyat yoldaşı, "Azərbaycan Bayrağı" ordenli şəhidi Sərhəd Zöhrabəyov Vətən uğrunda qəhrəmancasına şəhid olmuşdur. Bu səbəbdən Ehtibar xanım şəhid ailələrinin ağrı-acısını dərindən anlayır, onların qayğı və problemlərinə xüsusi həssaslıqla yanaşır. O, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir.

Ehtibar Hüseynova həmçinin Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar və sosial layihələri yüksək qiymətləndirir, ölkəmizdə şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısını hər zaman dəstəkləyir.

Vətənə bağlılığı, dövlətçilik mövqeyi, yüksək insani keyfiyyətləri və ictimai fəaliyyəti ilə Ehtibar Hüseynova Bərdə rayonunda və ölkə ictimaiyyətində böyük hörmət qazanan nümunəvi xanımlardan biridir. Onun fəaliyyəti Azərbaycan qadınının vətənpərvərliyinin, mərdliyinin və fədakarlığının parlaq təcəssümüdür. Ehtibar xanımın gördüyü işlər cəmiyyətimizdə yüksək qiymətləndirilir və hər zaman rəğbətlə

qarşılanır.

Hazırladı O.Xəlilov

Digər Xəbərlər