DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu

General-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsindən azad edilib.

Edalettv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

General Araz Məmmədov DSX-nin Sahil Mühafizəsinin rəisi təyin olunub.

Başqa Sərəncamla Sahil Mühafizəsinin rəisi Müzəffər Pirizadə DSX rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsinə gətirilib.

Digər Xəbərlər