Həci Məmməd Şəfiyev Sahibkar iş adamı
- 07.05.2026 07:15
- 2551 baxış
Şüvəlan Daş Karxanasının sahibi Hacı Məmməd Şəfiyev Ulu Öndər Heydər Əliyevin xatirəsinə yaşıllıq salıb
Bakı – Şüvəlan ərazisində fəaliyyət göstərən daş karxanasının sahibi, xeyirxah sahibkar Hacı Məmməd Şəfiyev 10 May – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günü münasibətilə nümunəvi təşəbbüslə çıxış edib.
Belə ki, Hacı Məmməd Şəfiyevin təşəbbüsü ilə Ulu Öndərin əziz xatirəsinə həsr olunaraq ərazidə geniş yaşıllaşdırma işləri həyata keçirilib, xeyli sayda ağac əkilib və yeni yaşıllıq sahəsi salınıb. Bu addım həm dahi liderin xatirəsinə ehtiramın ifadəsi, həm də ekoloji mühitin qorunmasına verilən töhfə kimi böyük rəğbətlə qarşılanır.
Hacı Məmməd Şəfiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan xalqının rifahını, ölkəmizin inkişafını və gələcək nəsillərin sağlam mühitdə yaşamasını prioritet hesab edib. Onun müəyyən etdiyi siyasətin əsas istiqamətlərindən biri də təbiətin qorunması və yaşıllıqların artırılması olub. Bu baxımdan həyata keçirilən ağacəkmə aksiyası Ulu Öndərin ideyalarına sadiqliyin bariz nümunəsidir.
Sahibkar qeyd edib ki, hər bir vətəndaşın borcu yalnız ölkənin inkişafına töhfə vermək deyil, eyni zamanda ətraf mühitin qorunmasına da həssas yanaşmaqdır. O vurğulayıb ki, həyata keçirdiyi bu təşəbbüs həm gələcək nəsillərə sağlam mühit bəxş etmək, həm də milli-mənəvi dəyərlərə bağlılığını nümayiş etdirmək məqsədi daşıyır.
Qeyd edək ki, Hacı Məmməd Şəfiyev uzun illərdir ki, xeyirxah əməlləri ilə tanınır. O, müxtəlif sosial layihələrdə fəal iştirak edir, ətraf mühitin qorunmasına, abadlıq-quruculuq işlərinə və cəmiyyətin rifahına yönəlmiş təşəbbüslərə daim dəstək verir. Onun rəhbərlik etdiyi müəssisədə də sosial məsuliyyət və vətənpərvərlik prinsipləri əsas istiqamət kimi qəbul olunur.
Bu cür təşəbbüslər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və digər sahibkarlar üçün də nümunə kimi dəyərləndirilir. Hacı Məmməd Şəfiyevin gördüyü işlər bir daha sübut edir ki, vətənə sevgi yalnız sözlə deyil, əməli addımlarla da ifadə olunmalıdır.
Sonda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi daim yaşayır və onun ideyaları bu gün də Azərbaycan xalqının inkişaf yolunda işıq saçmağa davam edir.

