Nikol Paşinyan: “Yaxın günlərdə Brüsseldə İlham Əliyevlə görüşüm olacaq”
- 06.07.2023 12:35
- 108 baxış
“Yaxın günlərdə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyevlə görüşüm olacaq”.
Bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O, həmçinin Ermənistanın Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açmağa hazır olduğunu əlavə edib.
Mənbə: Erməni KİV