Nurəddin Alıyev
- 01.06.2026 13:00
- 2553 baxış
Bərdə rayonunun Mirzəcəfərli və Samux bələdiyyələrinin sədri Nurəddin Alıyev dövlətçilik prinsiplərinə sadiqliyi, xalqa xidmət amalı və məsuliyyətli fəaliyyəti ilə tanınan bələdiyyə rəhbərlərindən biridir. O, hər zaman Azərbaycan dövlətinin maraqlarını üstün tutur, ölkəmizin inkişafı və tərəqqisi naminə həyata keçirilən islahatları dəstəkləyir.
Nurəddin müəllim çıxışlarında və fəaliyyətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirdiyini vurğulayır. O, dövlətçiliyin qorunmasını, milli birliyin möhkəmləndirilməsini və vətəndaşlara xidmət etməyi özünün əsas vəzifələrindən hesab edir.
Nurəddin Alıyev həmçinin Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rayonda həyata keçirdiyi quruculuq və abadlıq işlərini yüksək qiymətləndirdiyini bildirir. Onun sözlərinə görə, rayonun inkişafı, infrastrukturun yenilənməsi və sakinlərin rahatlığı istiqamətində görülən işlər Bərdənin simasının dəyişməsində mühüm rol oynayır.
Şəhid ailələrinə və qazilərə göstərilən diqqətə xüsusi önəm verən Nurəddin müəllim, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin daim uca tutulmasını vacib hesab edir. Bu istiqamətdə həyata keçirilən tədbirlərə dəstək göstərir və onların yanında olmağa çalışır.
Dürüstlüyü, məsuliyyəti, dövlətə sədaqəti və insanlara hörmətli münasibəti ilə seçilən Nurəddin Alıyev bölgədə hörmət qazanan bələdiyyə rəhbərlərindən biridir. Ona gələcək fəaliyyətində yeni
uğurlar
Hazırladı Ədaləttv.az M. Xəlilova

