“Qisas” əməliyyatında öldürülən iki erməni hərbçinin meyiti Ermənistana aparılıb
- 01.07.2023 13:18
- 121 baxış
Azərbaycan Ordusunun iyunun 28-də keçirdiyi “Qisas” əməliyyatı zamanı öldürülən erməni hərbçilərdən ikisinin meyitinin Ermənistana aparılmasına şərait yaradılıb.
APA xəbər verir ki, Qarabağda qeyri-qanuni silahlı dəstələrinin məhv edilmiş iki hərbçisinin meyitini onların yaxınları müşayiət ediblər. Meyitlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçirilməklə Ermənistana aparılıb.
Proses iyulun 1-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Videodan da göründüyü kimi, qeyri-qanuni erməni silahlı dəstələrinin öldürülmüş üzvlərinin yaxınları və meyitlər Laçın sərhəd-buraxılış məntəqəsində müvafiq yoxlamadan sonra Ermənistana keçid edib. Azərbaycan bununla humanizm prinsiplərinə sadiq qaldığını növbəti dəfə bütün dünyaya nümayiş etdirib.
Qeyd edək ki, “Qisas” əməliyyatı zamanı qeyri-qanuni erməni silahlı dəstələrinin beş üzvü məhv edilib. Onlardan ikisi Ermənistan silahlı qüvvələrinin hərbçisi olub.
Xatırladaq ki, Ermənistan tərəfi iki hərbi qulluqçunun onlara təhvil verilməsini təsdiqləyib və bildirib ki, valideynlərin istəyi ilə hərbçilərin nəşləri Yerablur panteonunda dəfn ediləcək.