Rusiya Ukrayna ilə bağlı məsələdə RAZILIĞA GƏLDİ
- 30.01.2026 14:47
- 72 baxış
"ABŞ Prezidenti Donald Trampın xahişi ilə Rusiya fevralın 1-nə qədər Ukraynaya zərbə endirməməyə razılıq verib".
Edalettv.Az xəbər verir ki, bunu yerli mətbuata Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, bu, danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə edilib.
"Həqiqətən də, Tramp danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə Putinə fevralın 1-nə qədər Kiyevə zərbə endirməməyi xahiş edib", - deyə Peskov bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ lideri Rusiya prezidentinə şəxsən müraciət edərək, Kiyevə zərbə endirməməsi barədə xahiş etdiyini söyləmişdi. Trampın sözlərinə görə, Putin onun xahişinə müsbət cavab verib.

