Rusiya XİN: “Sülhün şərtlərini Bakı və İrəvan özləri müəyyən etməlidirlər”

“Azərbaycanla Ermənistan arasında keyfiyyət nəzərə alınmadan və lazımi hazırlıq aparılmadan imzalanacaq sülh sazişi gələcəkdə regionda yeni münaqişə ilə nəticələnəcək”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

“Prioritet sürət yox, keyfiyyət olmalıdır. Qarşılıqlı şəkildə məqbul həll yolları tapılmalıdır”, - deyə Denis Qonçar əlavə edib.

Rusiya rəsmisi əlavə edib ki, vaxtaşırı qərb paytaxtlarından Bakı və İrəvanın yaxın həftələr və aylar ərzində sülh müqaviləsi imzalaya biləcəkləri barədə bəyanatlar eşidilir:

“Rusiya tərəfi hesab edir ki, sülhün şərtlərini Bakı və İrəvan özləri müəyyən etməlidirlər”.

Digər Xəbərlər