Sabirabadda FACİƏ: İki yaşlı uşaq hovuzda boğularaq ölüb
- 30.08.2026 08:24
- 68 baxış
Sabirabad rayonunda iki yaşlı uşaq su hovuzunda boğularaq ölüb.
Edalettv.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb.
Kənd sakini, 2024-cü il təvəllüdlü E.Q. valideyn nəzarətindən yayınaraq həyətdəki su hovuzuna düşüb. Nəticədə boğularaq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

