Şəkidə faciəli şəkildə ölən Ucal öncəki gün evliliyinin birinci ildönümünü qeyd edibmiş
- 09.09.2026 11:19
- 72 baxış
Ötən gün Şəkidə yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanat yolunda trosun qırılması nəticəsində iki nəfər həyatını itirib.
Edalettv.Az "Bakupost"a istinadla xəbər verir ki, ölən şəxslərdən biri - Ucal Asif oğlu Bayramov - faciədən cəmi bir gün əvvəl evliliyinin birinci ildönümünü qeyd edibmiş.
Qeyd edək ki, hadisə nəticəsində Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Ucal Asif oğlu Bayramov hadisə yerində həlak olublar.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

