Sənə Yaxşılıq Olunduqda,Onu Yada Sal. Sən Yaxşılıq Etdikdə Isə Onu Unut - İmam Əli
- 04.09.2023 15:45
- 792 baxış
yardım istədi. Həz. Əli (r.a) ağzına bir tikə qoymadan yeməklərini ona verdi. İkinci axşam da, üçüncü axşam da eyni hadisə təkrar olundu. Üç gün iftarlarını yalnız su ilə açdılar. Bu fədakarlığa görə bu Ayə endi: “Onlar yeməyə iştahaları olduğu halda yoxsulu, yetim və əsiri doydururlar. “Biz yalnız Allah bizdən razı qalsın deyə yediririk, sizdən də nə bir qarşılıq, nə də bir təşəkkür istəmirik.”
Xeyirxahlıq və yardım həm maddi, həm də mənəvi olur. Yarımlaşmanın ən qiymətlisi mənəvi yardımlaşma hesab olunur. Bu gün dünyada insanlar maddi vəziyyəti pis olanlar, həmçinin müharibədən, təbii fəlakətdən zərər çəkən insanlara yardım etmək üçün müxtəlif cəmiyyətlər, təşkilatlar qururlar. Bu insanlığı göstərən başlıca amillərdən biridir. Nə yaxşı ki, bu gün bu ənənə yetərincə və layiqincə yerinə yetirilir.
Bu gün bu mövzuyla xəbər təqdim etməyim təsadüf deyil. Hamımız bilirik və danılmaz faktdır ki, uşaqlar evində gözü yollara dikilən neçə-neçə körpələrimiz var. Hətta normal həyat yaşamından məhrum olub, əlil kimi yaşamağa məhkum olunan uşaqlar da az deyil. Bu uşaqların həyatdan umduqları əslində maddi sevinc yox, mənəvi xoşbəxtlikdir. Gözlərində yaşanan sevincin işığı bunu anlamaq üçün kifayət edir. Bu gün onlar normal uşaqların sahib olduqları imkanlardan məhrum biridirlər. Onlar da qaynayıb qarışmaq, cəmiyyətin atılmış, kiməsə lazım olmayan bir üzvi kimi yaşamaq acısından xilas olmaq istəyirlər. Amma əlimizdə olan onların taleyini dəyişmək yox, onlara maddi və mənəvi dayaq durub, onların həyat eşqlərini sönməyə qoymamaqdır. Bəlkə də çoxları bunun fərqində belə deyillər. Lakin insan vicdanının səsinə qulaq asıb, bir saaatlıq belə özünü həmin gözüyolda uşaqların yerində görə bilsə…görə bilsə, demək onlar üçün yardım etməyi də düşünəcək. Allah ruzini bizə verir ki, onu paylaşmağı, ehtiyacı olanla bölməyi də unutmayaq. Unuduruqsa, bu insan olsaq da insaniyyətdən xəbəri olmamaq deməkdir bizim üçün. Xalqımızın ən dəyərli Milli bayramlarından biri olan Novruzu qarşılayırıq. Gəlin bu bayramı daha çox yeyib-içmək, bol ruzili süfrə açmaqla deyil, yardım edib könül sevindirməklə yaddaşlara yazaq!
Tarix özü də heç vaxt xeyirxah əməlləri unutmur. Xeyirxahlığı ilə insanların qəlbində əbədi yer tutmuş şəxsiyyətlərimizi hamımız yaxşı xatırlayırıq. Gəlin unutmayaq ki, ən böyük əxlaqi vəzifə öz qəlbini xeyirxahlığa öyrətməkdən, başqalarına da bunu təlqin etməkdən ibarətdir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir. Hər zaman yaxşılıq etmək üçün yaşayın, yaxşılıq edən yaxşılıq tapar…
Həci Mahir Cəlilov Pirhəsən ziyarətgahının Direktoru