"Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ
- 16.06.2026 08:17
- 72 baxış
"Turan Tovuz" futbol klubu 2026/2027-ci il UEFA Konfrans Liqasında iştirak etməyəcək.
Edalettv.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İdman Arbitraj Məhkəməsi (CAS) klubun müraciəti ilə bağlı qərarını açıqlayıb.
Qurum UEFA-nın Apellyasiya Orqanının iyunun 2-də klubla bağlı qəbul etdiyi qərarı qüvvədə saxlayıb.
"15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazandığımız UEFA Konfrans Liqasının 2026/2027-cı illər mövsümündə iştirak etməyəcəyik" , - məlumatda qeyd edilib.

