Ukrayna ordusu Krasnodar və Mahaçqalanı vurdu: Üç yeniyetmə öldü
- 24.08.2026 11:48
- 75 baxış
Ukrayna ordusunun Rusiyanın Krasnodar diyarına endirdiyi zərbələr nəticəsində 13, 15 və 16 yaşlarında olan üç nəfər həyatını itirib. Eyni zamanda, daha altı uşağın qəlpə yaraları aldığı bildirilir.
Edalettv.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova açıqlama verib.
Xəsarət alan azyaşlılar xəstəxanalara yerləşdiriliblər. Onlarda müxtəlif dərəcəli yanıqlar və beyin silkələnməsi halları qeydə alınıb. Hazırda onların səhhətinin orta ağır vəziyyətdə olduğu bildirilir.
Ümumilikdə, Krasnodar diyarının əməliyyat qərargahının təqdim etdiyi məlumata əsasən, Ukrayna ordusunun dron hücum zamanı altısı uşaq olmaqla 12 nəfər yaralanıb.
Qeyd olunub ki, sakinlər PUA qalıqlarının beşmərtəbəli yaşayış binasının və özəl uşaq mərkəzinin üzərinə düşməsi nəticəsində zərər çəkiblər.

