20 Yanvar Qan Yadaşımızdır Unudulmaz

Acın böyükdür, Azərbaycan.


20 Yanvar faciəsi xalqımızın başına gəlmiş ən böyük faciələrdən biri olmuşdur. 100 illər boyu işgəncələrə məruz qalmış Azərbaycan xalqı 19-20-ci əsrlərdə dövrünün ən böyük şiddətlərinə,qətliyamlarına məruz qalmışdır. Bu böyük faciənin biridə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının xalqımıza oynadığı oyun nəticəsində baş vermişdir. 100-lə insan vəhşicasına qətlə yetirlmişdir. Dövrün ən böyük faciəsi olan bu gün Xalqımız tərəfindən hər Yanvarın 20-si yad edilir. Şəhidlərimizin ruhu anılır. Xalq bu günü heç bir zaman yaddan çıxarmayacaqdır. Bu faciə nəticəsində yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Şəhidlik uca bir məqamdır. Bura Ucalanlar insanlığın ən alisidir. Başdan Cənab Prezident,Ali baş Komandan İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib,Allahdan hər birimizə səbr diləyirik.


CƏLİL NAĞIYEV,

SAHİBKAR, İŞ ADAMI.

Digər Xəbərlər