Prezident İlham Əliyevdən "Sabah" futbol klubu ilə bağlı SƏRƏNCAM
- 27.08.2026 15:54
- 74 baxış
Prezident İlham Əliyev "Sabah" futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Edalettv.Az President.az-a istinadən xəbər verir ki, sərəncamla UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Sabah" futbol klubuna beş milyon manat ayrılır.
Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

