Ağdamda fəhlə betonqarışdıran maşının altında qalıb öldü

Ağdam rayonunda tikintidə bədbəxt hadisə baş verib.

Hadisə bu gün səhər saatlarında şəhər ərazisindəki tikinti sahəsində qeydə alınıb.

Həmin ərazidə bina tikintisində fəhlə işləyən 2001-ci il təvəllüdlü Sabir Sahib oğlu Camili ehtiyatsızlıqdan betonqarışdıran maşının altında qalıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər