Ailəsini öldürməkdə təqsirli bilinən şəxs bacısı və onun uşağını da öldürüb

Bakıda balta ilə ata-anasını və azyaşlı qardaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs digər ailə üzvlərini də öldürüb.

GundelikXeber.Az-ın əldə etdiyi məlumata görə, dəhşətli qətli törətməkdə şübhəli bilinən Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızı Ülviyyə Niftəliyevanı da öldürüb.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Pikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları öldürüb.

Digər Xəbərlər