Astarada avtomobil ata və üç yaşlı oğlunu vurdu

Astarada avtomobil ata və oğlunu vurub.

Edalettv.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.

Avtomobil 1986-cı il təvəllüdlü Astara rayonu, Ərçivan qəsəbə sakini Rəhim Fərruxovu və onun azyaşlı oğlu 2022-ci il təvəllüdlü Z.F-ni vurub.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, koma, başın açıq yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər