Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə gedib
- 02.09.2025 13:11
- 98 baxış
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə gediblər.
Edalettv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.

