Azərbaycan XİN İsrailə səfərlə bağlı xəbərdarlıq edib

"İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrailə səfər etməmələri tövsiyə olunur".

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Hazırda İsraildə yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir" , - deyə XİN-dən bildirilib.

Digər Xəbərlər