Azərbaycanda 300 milyon dollara tikilən külək elektrik stansiyası istifadəyə verilib

Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin birgə həyata keçirdikləri strateji əhəmiyyət daşıyan "Xızı-Abşeron" külək elektrik stansiyası istifadəyə verilib.

Edalettv.Az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 240 MVt gücündə olan stansiya şəbəkəyə qoşulub.

2020-ci ilin 9 yanvar tarixində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında imzalanan müqaviləyə görə, 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin icra edilməsi nəzərdə tutulub. Həmin ilin dekabrın 30-da Energetika Nazirliyi və "Azərenerji" ASC ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında 240 MVt gücündə külək elektrik stansiyası layihəsi üzrə "İnvestisiya müqaviləsi", "Enerji alqı-satqı müqaviləsi" və "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" imzalanıb.

Layihənin investisiya dəyəri 300 milyon ABŞ dolları təşkil edib. Tam olaraq xarici investisiya hesabına həyata keçirildiyi bildirilib.

Digər Xəbərlər