Azərbaycanda vəzifəli şəxsin MEYİTİ TAPILDI
- 24.05.2025 19:22
- 93 baxış
Ağdaşda vəzifəli şəxsin meyiti tapılıb.
Edalettv.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsində qeydə alınıb.
64 yaşlı Əhliman Səlim oğlu Hacıyev yaşadığı evin həyətində ölü halda tapılıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
3 uşaq atası olan mərhum Ağdaş Su meliorasiya sistemlərinin istismarı idarəsinin şöbə müdiridir.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

