Azərbaycanın qızıl aktivləri 200 tona çatıb
- 27.01.2026 12:45
- 71 baxış
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl aktivlərini 200 tona çatdırıb.
Edalettv.Az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.
Bildirilib ki, Fond ötən ilin son rübündə əlavə 15.2 ton qızıl alıb.
Ümumilikdə, ABŞ dolları portfelinin 28 milyard 63.2 milyon dollarlıq hissəsini qızıl investisiyaları təşkil edib.
Fondun ümumi aktivlərində qızıl payı isə 38.2% təşkil edib.

