Azərbaycanın yunan-Roma güləşçisi Paris olimpiadasından sonra karyerasını bitirib
- 07.08.2024 12:11
- 58 baxış
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti karyerasını başa vurub.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, 35 yaşlı pəhləvan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra güləşlə vidalaşıb. O, Paris-2024-də beşinci yeri tutaraq medalsız qalıb.
Qeyd edək ki, Sabah Şəriəti 2016-cı ildə Rio-de-Janeyrodakı olimpiadada bürünc mükafat əldə etmişdi. Təcrübəli idmançı 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında gümüş medal qazanmışdı.