Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq
- 10.06.2026 14:04
- 68 baxış
"Azərbaycan Dəmir Yolları" (ADY) yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir.
Edalettv.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması nəzərə alınaraq, 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və "ADY Mobile" tətbiqindən əldə etmək mümkündür.

