Bakıda 11-ci sinif şagirdləri arasında davada qan töküldü
- 17.10.2025 12:33
- 99 baxış
Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.
Hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb.
Məktəbin 11-ci sinif şagirdi 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

