Bakıda 36 yaşlı kişi şadlıq sarayında təmir zamanı yıxılaraq ölüb
- 30.01.2024 13:29
- 111 baxış
Şəxsin hündürlükdən yerə yıxılması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, yanvarın 29-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən şadlıq saraylarından birində aparılan təmir işləri zamanı 1988-ci il təvəllüdlü Bəhram Bayramovun dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.