Bakıda bədbəxt hadisə: Uşaq dəmir barmaqlıqlara ilişərək öldü
- 25.08.2026 11:17
- 70 baxış
Bakıda 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Edalettv.Az-ın məlumatına görə, hadisə dünən saat 17 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.
Qəsəbə sakini 2018-ci il təvəllüdlü Y.Ə. evlərinin həyətindəki dəmir barmaqlıqlardan ibarət hasardan keçmək istəyərkən başı barmaqlığa ilişib. O, hadisə yerində köməksiz qaldığından boğularaq ölüb.
Faktla bağlı araşdırmalar aparılır.

