Bakıda narkotikə görə saxlanılan şəxs ölüb

Bakının Nərimanov rayonunda narkotiklə bağlı saxlanılan şəxs ölüb.

APA xəbər verir ki, barəsində narkotik cinayətlərinə görə 3 aylıq həbs qətimkan tədbiri seçilən 36 yaşlı Azər Namiz oğlu Ağalarova məntəqədə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

O, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə görə məhkum olunub, bir müddət əvvəl azadlığa çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər