Bakıda sexdə yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Bunu Baş Prokurorluğun Kriminalistika və informasita texnologiyaları idarəsinin rəis müavini, Kriminalstika şöbəsinin rəisi Orxan Rzayev deyib.

Onun sözlərinə görə, dağıntılar altından 5 nəfərin meyiti çıxarılıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Digər Xəbərlər