Balakəndə kişi velosipeddən yıxılaraq ölüb
- 10.11.2025 15:01
- 112 baxış
Balakən rayonu Mahamalar kəndində kişi velosipeddən yıxılaraq ölüb.
Edalettv.Az xəbər verir ki, hadisə noyabrın 9-u saat 12 radələrində baş verib.
Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Hacyov Əli oğlu Dadayev idarə etdiyi velosipeddən yıxılaraq ölüb.
Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

