Bərdədə VAZ "KamAZ"a çırpıldı: Ölən var
- 14.03.2026 10:47
- 70 baxış
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə martın 13-də axşam saat 22 radələrində rayonun Hərəmə kəndi ərazisində qeydə alınıb.
Rayon sakini, 2005-ci il təvəllüdlü Yadigar Rəhimov idarə etdiyi VAZ-2106 avtomobilində idarəetməni itirərək "KamAZ" markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü Y.Rəhimov ölüb.
Faktla bağlı araşdırma aparılır.

