Beyləqanda 10 yaşlı uşağı maşın vurdu - Vəziyyəti ağırdır
- 25.10.2025 17:59
- 105 baxış
Beyləqan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün günorta saatlarında Dünyamalılar kəndi ərazisində qeydə alınıb.
Belə ki, Beyləqan rayon sakini Rasim Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçən 2015-ci il təvəllüdlü Adəm Rövşən oğlu Salahlını vurub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, azyaşlının vəziyyəti ağırdır:
"Oktyabrın 25-i saat 16:00-da Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2015-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona qapalı kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.
Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir".

