Bibərlə fəhləni səhv salan robot faciəyə səbəb oldu
- 10.11.2023 10:09
- 102 baxış
Cənubi Koreyada robot texniki səhvə görə şirkət əməkdaşını əzərək öldürüb.
Qorxunc hadisə Kensam-Nando əyalətində bibər ayırma zavodunda baş verib.
Bildirilir ki, şirkət əməkdaşı robotun sensorlarının işlək olub olmadığını yoxlamaq istəyib.
Robotun işi bibər qutularını qaldırıb altlıqlara qoymaqdır.
Ancaq sensor işçini qutu hesab edib. Bundan sonra robot adamı tutub, bədəninin yuxarı hissəsini konveyer lentinə basıb, üzünü və sinəsini əzib.
Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Zavodun sahibi olan “Donggoseong” Kənd Təsərrüfatı İxrac Kompleksinin rəsmisi şirkətin robotdan beş ildir istifadə etdiyini bildirib.
Qeyd edilir ki, oxşar hadisə bu il Cənubi Koreyada artıq baş verib. Təsadüfən robotun yoluna çıxan 50 yaşlı kişi ağır yaralanıb.