Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"
- 19.07.2024 13:49
- 59 baxış
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə diqqət çəkib.
Edalettv.Az xəbər verir ki, səfirliyin "X" hesabında Kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyü foto paylaşılıb.
"Hər şeyin təzəsi, dostun köhnəsi" - fotoya şərh olaraq yazılıb.
Bildirək ki, fotoda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də yer alıb.