Cəlil Nağıyev: "Azərbaycan mətbuatı cəmiyyətin aynası və inkişafın güzgüsüdür"

Cəlil Nağıyev: "Azərbaycan mətbuatı cəmiyyətin aynası və inkişafın güzgüsüdür"


22 iyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, media nümayəndələrini və informasiya sahəsində çalışan fədakar qələm sahiblərini səmimi qəlbdən təbrik edirəm.


Azərbaycan mətbuatı xalqımızın tarixi, mədəniyyəti və ictimai-siyasi həyatında mühüm rol oynayıb və bu gün də bu missiyanı uğurla davam etdirir. Mətbuat – cəmiyyətin güzgüsüdür, vətəndaşla dövlət arasında körpüdür, söz və fikir azadlığının təcəssümüdür.


Peşəkarlıq, obyektivlik və prinsipiallıq prinsiplərini rəhbər tutaraq fəaliyyət göstərən jurnalistlərimizin fədakarlığı, düzgün və vaxtında informasiya çatdırmaq səyləri hər zaman təqdirəlayiqdir. Onların fəaliyyəti ictimai nəzarətin formalaşmasına, şəffaflığın təmin olunmasına və dövlət quruculuğuna mühüm töhfə verir.


Bu əlamətdar gündə Azərbaycan mətbuatının inkişafında əməyi olan hər kəsi bir daha təbrik edir, onlara möhkəm can sağlığı, bitib-tükənməyən enerji və məsuliyyətli fəaliyyətlərində davamlı uğurlar arzulayıram.


Hörmətlə,

Cəlil Nağıyev

Digər Xəbərlər