Daha bir azərbaycanlı hakim FIFA-da birinci kateqoriyaya yüksəldi
- 23.12.2024 10:38
- 83 baxış
Beynəlxalq dərəcəli hakim Elçin Məsiyev FIFA-da I kateqoriyaya yüksəlib.
Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.
Daha əvvəl Əliyar Ağayev bu kateqoriyaya yüksəlmişdi.
Bununla Azərbaycan futbol tarixində ilk dəfə iki hakimimiz I kateqoriyada olacaq.
Digər FIFA referisi Kamal Umudlu isə II kateqoriyanı daşımaqda davam edəcək.

