Dubayda dünyanın ən hündür hoteli açılıb
- 16.11.2025 15:47
- 117 baxış
Dünyanın ən hündür hoteli kimi tanınan "Ciel Dubai Marina" BƏƏ-nin Dubay şəhərində fəaliyyətə başlayıb.
Edalettv.Az "The National" nəşrinə istinadən xəbər verir ki, hotel artıq ilk qonaqlarını qəbul edib.
"Ciel Dubai Marina"nın hündürlüyü 377 metrdir, bu göstərici ilə o Dubayda yerləşən "Gevora Hotel"i geridə qoyub.
Hazırda şəhərdə dünyanın ən hündür 10 hotelindən 8-i yerləşir, onlardan biri də BƏƏ-nin simvollarından sayılan və yelkən formasında tikilmiş "Burj Al Arab"dır (321 metr).
"Ciel Dubai Marina" 82 mərtəbədə yerləşən 1004 otaqdan ibarətdir. 76-cı mərtəbədə hündürlüyü təxminən 310 metr olan "Tattu Sky" hovuzu mövcuddur. 81-ci mərtəbədə isə qonaqlar üçün lanç zonasına malik açıq terras fəaliyyət göstərir.

