Erməniəsilli şəxs: “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidin təmin olunmasından razıyıq”

Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən bu gün keçid edən erməniəsilli şəxs Elen Arstamyan sərbəst keçidin təmin olunmasından razılığını bildirib.

“Report”un Laçına ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu barədə o, azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Sərhəd-keçid məntəqəsindən sərbəst keçidin təmin olunmasından razılığını bildirən E.Arstamyan hər şeyin yaxşı olduğunu söyləyib.

O, azərbaycanlıların göstərdiyi münasibətin normal olduğunu qeyd edib.

Qeyd edək ki, bu gün növbəti dəfə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində 60-a yaxın erməniəsilli şəxsin sərbəst keçidi təmin olunub.

Digər Xəbərlər