Ermənistan Azərbaycana tam razılaşdırılmış sülh müqaviləsi layihəsini təqdim edib

"İrəvan Bakıya tam razılaşdırılmış sülh müqaviləsi layihəsini təqdim edib".

Edalettv.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

Onun sözlərinə görə, hazırda Ermənistan Azərbaycanın cavabını gözləyir.

"Ermənistan Azərbaycana sülh müqaviləsi layihəsinin onuncu redaktə versiyasını təqdim edib. Hazırda layihəyə bütün razılaşdırılmış mətn, tam razılaşdırılmış maddələr və ya maddələrin razılaşdırılmış hissələri daxil edilib", - deyə o bildirib.

Digər Xəbərlər