Ermənistan məhsulları tezliklə Azərbaycan bazarlarına çıxarılacaq?

"Azərbaycan və Ermənistan qarşılıqlı tədarük üçün malların siyahılarını mübadilə ediblər, iş adamlarından qarşılıqlı reaksiya gözlənilir".

Edalettv.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan mətbuat konfransında məlumat verib.

Papoyan xatırladıb ki, Azərbaycan istehsalı olan benzin və dizel yanacağı artıq Ermənistan bazarında mövcuddur, lakin Ermənistan malları hazırda Azərbaycan bazarında yoxdur.

"Lakin tərəflər (qarşılıqlı tədarük üçün) mal siyahılarının mübadiləsini aparıblar və onları müzakirə ediblər. Biz başa düşürük ki, bazarlar hər iki tərəf üçün açıq olmalıdır: bizim bazarımız onlar üçün olduğu kimi, onların bazarı da bizim üçün. Mənim fikrimcə, bunun üçün vaxt lazımdır. Bu, tədricən qurulan bir prosesdir", - deyə o bildirib.

Nazir, həmçinin vurğulayıb ki, qarşılıqlı tədarük üçün zəruri şərtlərin əksəriyyəti artıq yaradılıb, lakin tamşəkilli logistik koordinasiyanın olmaması kimi açıq məsələlər hələ də qalmaqdadır.

Digər Xəbərlər