Futbol üzrə Azərbaycan millisi Latviya ilə bacarmadı
- 07.06.2025 19:18
- 73 baxış
Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Edalettv.Az bildirir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gəlib.
Riqa şəhərindəki "Skonto" stadionunda baş tutan qarşlaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək.

