Füzulidə marketdə saxta alkoqollu içkilər aşkarlandı
- 06.03.2026 14:40
- 69 baxış
Füzuli şəhəri, H.Əliyev prospektində yerləşən "Səma" marketdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və rayon polis şöbəsinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Edalettv.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Baxış zamanı marketdə müxtəlif əmtəə nişanlı saxta alkoqollu içkilərin satışa çıxarıldığı aşkarlanıb. İçkilərin orijinaldan fərqli doldurulduğu, başlıq hissəsinin təkrar bərkidildiyi, istehsal tarixlərinin qeyd edilmədiyi, köhnə etiketin üzərindən yeni etiketin vurulduğu müəyyən edilib.
Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, məhsullar satışdan kənarlaşdırılıb.
Araşdırmalar davam etdirilir.

