"Sabah"ın ÇL-dəki TƏQVİMİ: "Barselona" ilə nə vaxt qarşılaşacaq?

"Sabah" klubunun UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Edalettv.Az xəbər verir ki, Azərbaycan çempionu turnirin liqa mərhələsində 8 qarşılaşmaya çıxacaq.

"Sabah" klubu Bakıda "Barselona", "Borussiya Dortmund", "Slaviya Praqa" və "Napoli", səfərdə isə "Arsenal", "Mançester Yunayted", "Vilyarreal" və "Vikinq" kimi klublarla qarşılaşacaq.

"Sabah"ın oyun təqvimi:

I tur

10 sentyabr

23:00. "Mançester Yunayted" - "Sabah"

II tur

13 oktyabr

20:45. "Sabah" - "Slaviya Praqa"

III tur

20 oktyabr

20:45. "Sabah" - "Borussiya Dortmund"

IV tur

4 noyabr

00:00. "Vikinq" - "Sabah"

V tur

25 noyabr

21:45. "Sabah" - "Barselona"

VI tur

8 dekabr

21:45. "Vilyarreal" - "Sabah"

VII tur

20 yanvar 2027-ci il

21:45. "Sabah" - "Napoli"

VIII tur

27 yanvar

00:00. "Arsenal" - "Sabah"

Qeyd edək ki, Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsi sentyabrın 8-də başlayacaq və yanvarın 27-də başa çatacaq. Hər komanda 8 fərqli rəqiblə qarşılaşacaq.

Digər Xəbərlər