Həbs edilən "Plazalar kralı" məşhur yazıçının kürəkənidir
- 14.12.2024 19:27
- 89 baxış
Bir müddət əvvəl həbs edilən "AQA Şirkətlər Qrupu"nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi xalq yazıçısı, AYB sədri Anarın nəvəsinin həyat yoldaşıdır.
Edalettv.Az Axar.az-a istinadən xəbər verir ki, Qafar Dəmirçi yazıçı Günel Anarqızının övladı Sezen Məmmədli ilə ailə həyatı qurub.
2022-ci ildə evlənən cütlüyün bir qızı var.
Qeyd edək ki, "Plazalar kralı" kimi tanınan "AQA Şirkətlər Qrupu"nun vitse-prezidenti Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyanvurmada ittiham edilir. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

